00:00:00
Yazar
Admin User
02.04.2025 14:04 325 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan neftinin qiymətindəki dalğalanmalar

Azərbaycan neftinin qiymətindəki dalğalanmalar

"Azərbaycan neftinin qiyməti nə qədər baha olarsa, bu, iqtisadiyyata o qədər xeyirdir".

 

Bu sözləri iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan neftinin qiyməti Azərbaycanda yox, dünya bazarında müəyyənləşir:

“Dünya bazarında müəyyənləşən qiymətlərə uyğun olaraq Azərbaycan nefti də, kontraktlara, müqavilələrə uyğun satılır. Hazırda biz dalğalanma dövründəyik: qiymətlər gah düşür, gah qalxır. Qiymətlərə daha çox geostrateji və geosiyasi məsələlər təsir edir. Azərbaycan neftinin qiymətinin artımı iqtisadiyyata müsbət təsir edir. Məsələn: neftin qiymətinin 1 dollar dəyişməsi neft gəlirinə 500 min dollara yaxın miqdarda məvacib gətirir".

 

Müsahibimizin sözlərinə görə, neft məsələsindəki tək problem Azərbaycanın bundan asılı vəziyyətdə olmasıdır:

 

"Azərbaycanın neftin qiymətindən, onun gətirdiyi gəlirdən asılı olması çox ciddi bir problemdir. Hələki bu məsələnin həlli üçün addımlar atılmayıb, ancaq ümid edirik ki, tezliklə bu da həll yolunu tapacaq".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər