Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupu yaradılacaq
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana səfəri çərçivəsində investisiya və ticarət əməkdaşlığına dair müzakirələr aparılıb, Azərbaycan-Oman işgüzar dəyirmi masası təşkil olunub.
"İnformator.az" xəbər verir ki, Oman Sultanlığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Bankının baş icraçı direktoru Məhəmməd Al Habsi ilə görüşüb.
Görüşdə Azərbaycan və Oman Sultanlığı arasında iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiya əlaqələrinin şaxələndirilməsi və bank-maliyyə sektorunda tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Maliyyə və investisiya əməkdaşlığının yeni mərhələyə keçidi, həmçinin Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılması bu istiqamətdə mühüm addım kimi dəyərləndirilib.
