00:00:00
Yazar
Admin User
05.09.2025 06:23 114 1 dəq oxuma
Siyasət

Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib

Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti "Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları"nda iştirak etmək məqsədilə Özbəkistan Respublikasında səfərdə olub.

 

Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər