00:00:00
Yazar
Admin User
24.12.2025 18:06 101 2 dəq oxuma
Siyasət

“Azərbaycan-Özbəkistan yaxınlaşması regionda sülhü möhkəmləndirir”

“Azərbaycan-Özbəkistan yaxınlaşması regionda sülhü möhkəmləndirir”

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onu ad günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Cənubi Qafqazın və Mərkəzi Asiyanın getdikcə vahid geosiyasi məkan kimi gücləndiyini nəzərə alsaq, Azərbaycan - Özbəkistan əlaqələrinin inkişafı olduqca böyük perspektivlərə malikdir. Bu ikitərəfli münasibətlər sözügedən regionun taleyi üçün getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır:

 

"Mərkəzi Asiya və Qafqaz vahid geosiyasi məkana çevrilməkdədir və bu məkanın aparıcı xüsusiyyətlərindən biri sülh siyasəti aparan ölkələrin sayının artması və mövqelərinin möhkəmlənməsidir. Əslində, Qafqaz və Mərkəzi Asiyanı vahid məkan kimi götürsək, hazırda sülhə qarşı siyasət aparan ölkə kimi yalnız Ermənistanı qeyd etmək olar. Digər bəzi ölkələr sülh və təhlükəsizlik siyasətində o qədər də aktiv olmasalar da, regionun əsas sülhsevər qüvvələri Azərbaycan və Özbəkistandır. Bu ölkələr hər cəhətdən güclüdür və xarici siyasətlərində sülh prinsiplərinə söykənirlər. Aydın məsələdir ki, Qafqaz və Mərkəzi Asiyanın iki böyük sülhsevər dövləti olan Azərbaycanın və Özbəkistanın yaxınlaşması və birgə siyasət aparması bölgənin gələcəyi üçün aydın və müsbət perspektiv yaradır. Bu, o deməkdir ki, regionun gələcəyi üçün çalışan sülhsevər qüvvələrin mövqeləri daha da möhkəmlənir. Beləliklə, Azərbaycan və Özbəkistanın yaxınlaşması Mərkəzi Asiya və Cənubi Qafqazı sülh məkanı kimi daha da gücləndirir".

 

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər