00:00:00
Yazar
Admin User
08.09.2025 16:47 110 1 dəq oxuma
Siyasət

Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir

Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir

Azərbaycan ilə Şimali Makedoniya arasında qurulan əməkdaşlıq və dostluq münasibətləri xalqlarımızın ortaq maraqlarına xidmət etməklə yanaşı, regionda qarşılıqlı anlaşma və inkişaf üçün mühüm zəmin yaradır.

 

Mövzu ilə əlaqədar olaraq politoloq Ramiyə Mamedova "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan həm Avropanı həm də Makedoniyanı enerji baxımından təchiz edir:

 

"Şimali Makedoniya ilə Azərbaycan arasında iqtisadi baxımdan olan münasibətlər nəzərdə tutulur. Çünki qaz ixracı və neft ixracı Avropada olduğu kimi Şimali Makedoniyada da Azərbaycan qazı və nefti istifadə olunur. Enerji baxımından Azərbaycan bu gün həm Avropanı həm də Şimali Makedoniyanı da təmin edir. Bu gün neft və qaz ümumi olaraq energetika təzcihatı ilə təmin edir. Avropada getdikcə qiymətlərin artması, enerjinin həddən artıq baha başa gəlməsi Şimali Makedoniya və Azərbaycan arasında bir sıra müqavilələr bağlanıb.Müqavilələrin hər biri ilk öncə enerji məsələsini əhatə edir. Bugünkü gündə Şimali Makedoniya həm siyasi həm də iqtisadi baxımından güclüdür. Makedoniya Azərbaycanı ilk müstəqilliyini tanıyan ölkələrdən biri olub. Eyni zamanda Azərbaycan ilə getdikcə münasibətlərdə geniş olaraq müqavilələr bağlanır. Siyasi və iqtisadi baxımdan Azərbaycanı önə aparır.Diplomatik məsələlərdə genişlənməyə başlayır. Bu səbəblərdən getdikcə Azərbaycanın dünya rolunda, siyasətində rolunun genişlənməsinə səbəb olacaq". 

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər