00:00:00
Yazar
Admin User
22.12.2025 13:33 105 2 dəq oxuma
Siyasət

Azərbaycan-Türkiyə arasında mühüm iclas keçiriləcək

Azərbaycan-Türkiyə arasında mühüm iclas keçiriləcək

Sabah Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. Görüşdə iki ölkə arasında 15 milyard dollarlıq ticarət hədəfi və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunacaq. İclasda Azərbaycan tərəfindən Baş nazir Əli Əsədov, Türkiyə tərəfindən vitse-prezident Cevdet Yılmaz iştirak edəcək.

 

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, sabah Bakıda keçiriləcək Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin iqtisadi sütununu daha da gücləndirən mühüm mərhələ kimi qiymətləndirilə bilər:

 

“15 milyard dollarlıq ticarət hədəfi artıq sırf iqtisadi göstərici deyil, iki ölkə arasında sənaye kooperasiyası, enerji, nəqliyyat-logistika, müdafiə sənayesi və investisiya mühitinin dərinləşdirilməsi baxımından siyasi iradənin göstəricisidir. İclasda Azərbaycan vasitəsilə Əli Əsədov, Türkiyə isə Cevdet Yılmaz kimi yüksək səviyyəli fiqurların iştirakı qərarların icra mexanizmlərini sürətləndirəcək və razılaşmaların formal deyil, praktik nəticələr doğurmasına zəmin yaradacaq. Bu, strateji müttəfiqliyin “siyasi yaxınlıqdan iqtisadi inteqrasiyaya” keçdiyini göstərən aydın mesajdır. Digər tərəfdən, bu görüşün regional siyasi təsiri də az deyil. Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsi Cənubi Qafqazda və daha geniş Türk dünyasında koordinasiyalı mövqelərin möhkəmlənməsinə xidmət edir, xüsusən enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində iki ölkənin rolunu artırır. Bu proses regional və qlobal aktorlar vasitəsilə əsasən praqmatik yanaşma ilə qarşılanacaq: tərəfdaş ölkələr bunu sabitlik və iqtisadi imkanlar baxımından müsbət qiymətləndirəcək, rəqabət aparan güclər isə Ankara-Bakı xəttinin artan təsirini diqqətlə izləyəcəklər. Hər halda, bu cür iclaslar göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional güc balansına təsir edən strateji faktora çevrilib”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər