00:00:00
Yazar
Admin User
30.08.2025 08:08 96 1 dəq oxuma
Dünya

Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq?

Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq?

Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəal dialoq tərəfdaşlarıdır, ümumi əməkdaşlıqda və birgə tədbirlərdə iştirak edirlər.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri ŞƏT-in Baş katibi Nurlan Yermekbayev “Rusiya ilə Azərbaycan, eləcə də Rusiya və Ermənistan arasında münasibətlərin dondurulması onların ŞƏT-dəki perspektivlərinə təsir edə bilərmi” sualına cavabında deyib.

 

"Mənim bu məsələ ilə bağlı tam məlumatım yoxdur və ikitərəfli məsələlərə münasibət bildirmək hüququm da yoxdur”, - Yermekbayev qeyd edib. Baş katibin sözlərinə görə, yeni üzvlərin qəbulu haqqında qərar Xartiyanın, digər beynəlxalq müqavilələrin, ŞƏT sənədlərinin müddəaları əsasında bütün üzv dövlətlər tərəfindən konsensus yolu ilə verilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər