00:00:00
Yazar
Admin User
03.09.2025 14:30 98 1 dəq oxuma
Siyasət

“Azərbaycan və Ermənistan münasibətlərin normallaşması mühüm əhəmiyyət daşıyır“

“Azərbaycan və Ermənistan münasibətlərin normallaşması mühüm əhəmiyyət daşıyır“

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefon danışığı apardığı haqda iddia yayılıb.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında birbaşa əlaqələrin qurulması münasibətlərin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır:


“Çünki tərəflər çox vaxt vasitəçilər üzərindən ünsiyyət saxlayır, bu isə prosesin yavaşlamasına və əlavə təsirlərin yaranmasına səbəb olur. İki ölkə arasında birbaşa telefon danışıqları etimad quruculuğuna xidmət edir və qarşılıqlı narazılıqların dərhal müzakirə edilməsinə imkan yaradır.Bu zəng gələcək sülh prosesində müsbət addım kimi dəyərləndirilə bilər. Çünki danışıqların gizli və ya qapalı formatda aparılması tərəflərə açıq şəkildə mövqelərini bildirmək, narahatlıqlarını bölüşmək imkanı verir. Əgər belə təmaslar ardıcıl xarakter alarsa, onlar gələcəkdə sülh sazişinin imzalanmasına zəmin hazırlaya bilər”.

 

Həmçinin şərhçi qeyd edib ki, böyük güclərin maraqları baxımından bu cür dialoqlar həm fürsət, həm də risk kimi qəbul edilə bilər:

 

“Qərb dövlətləri birbaşa Bakı–İrəvan ünsiyyətini dəstəkləyir, çünki vasitəçilərin azalması bölgədə daha çevik və dayanıqlı həll imkanı yaradır. Rusiya isə əksinə, belə addımların öz vasitəçi rolunu zəiflədə biləcəyini düşünə bilər. Buna görə də məxfi zənglər həm regional güclər, həm də qlobal aktorlar üçün maraq doğuran hadisədir”.

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər