Azərbaycan və Ermənistan sülh sazişindən fayda əldə edəcək
Azərbaycan və Ermənistan arasında sülh hər iki tərəfə əhəmiyyətli fayda gətirə bilər: Ermənistan regional təcriddən çıxmaq imkanı, Azərbaycan isə Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi əldə edəcək.
Mövzu ilə bağlı Trend beynelxalq informasiya agentliyinin baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması təkcə Cənubi Qafqaz üçün yox, dünyanın bir çox ölkələri üçün, hətta Avropa, eyni zamanda, bölgədə yerləşən qonşu ölkələr üçün, daha dəqiq desək, uzaq Çindən başlayaraq Avropaya qədər uzanan orta dəhliz üzərində yerləşən bütün ölkələr üçün böyük iqtisadi dividendlər qazandıracaqdır:
“Təbiidir ki, bu prosesdə daha çox, belə deyək, həm siyasi, həm iqtisadi dividend qazanan Azərbaycan və Ermənistan dövlətləri olacaqdır. Ermənistan əlbəttə ki, uzun illər iqtisadi tənəzzülə uğramış bir ölkədir. Ermənistan Zəngəzur dəhlizinin açılmasıyla, belə deyək, müəyyən iqtisadi dirçəlişlər əldə edə biləcəkdir. Eyni zamanda, Azərbaycan da, bölgədə yaratdığı yeni reallıqların bəhrəsini uzun 10 illiklər bu sabitliyin bəhrəsini görəcəkdir. Çünki Azərbaycanın əsas məqsədi bölgədə sabitlik qazanmaq, əldə etmək və eyni zamanda da, öz ərazilərini, yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını quru əlaqəsi ilə birləşdirəcək bir böyük tarixi əhəmiyyətli, bir layihənin reallaşmasına nail olacaqdır. Bütün bunlar, əlbəttə ki, bölgədə dayanıqlı və uzunmüddətli sülhə gətirib çıxaracaqdır. Eyni zamanda da, faciəli, belə deyək, ümumiyyətlə, qarşıdurmalar Cənubi Qafqazda, belə deyək, uzaq olacaqdır. Təbiidir ki, bu reallıqları dünyanın bir çox siyasi dairələri bir çox ölkələrə, Avropa ölkələri də yaxşı anlayırlar və qəbul edirlər. Bu baxımdan avropalı analitiklərin səsləndirdiyi fikirlər də tamamilə reallığa yaxındır. Çünki bu bir reallıqdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi çox böyük faydalara gətirib çıxaracaqdır. Cənubi Qafqazda uzun illər davam edən müharibə, yəni Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması, bununla yanaşı, ərazilərimizin talan edilməsi, yerlə yeksan edilməsi, çox böyük, belə deyək, müharibə cinayəti idi. Təəssüf ki, Ermənistan bu illər ərzində bu edərkən dünya ictimaiyyəti bu proseslərə göz yumurdu, işğalı uzatmaq, işğalı, qanuniləşdirmək istiqamətində ermənipərəst qüvvələr fəallaşmışdılar, belə deyək, təşkilatlanmışdılar və Ermənistana hərtərəfli dəstək verirdilər. Amma Azərbaycanın öz gücü və qüdrəti hesabına öz ərazilərini işğaldan azad etməsi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi tam yeni reallıqlar yaratdı. Bu gün Ermənistan dövlətinə rəhbərlik edən şexslərde, elə Ermenistan cəmiyyətinin böyük bir hissəsi də yaxşı anlayır ki, bu proseslerin sonu sülhle neticelenmelidir və konstruktiv mövqe nümayiş etdirməklə Ermənistan nəhayət Azərbaycanin sülh istəklerini qəbul etməlidir ".
Reyhan Quliyeva