00:00:00
Yazar
Admin User
22.07.2025 15:46 128 2 dəq oxuma
Siyasət

Azərbaycan və Gürcüstan arasında mühüm danışıqlar aparılır

Azərbaycan və Gürcüstan arasında mühüm danışıqlar aparılır

22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edib. Bu barədə XİN məlumat yayıb.

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstan arasında çox sıx dostluq, qardaşlıq, əməkdaşlıq, qonşuluq münasibətləri mövcuddur:


“Bu münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərliyinin mühüm rolu danılmazdır. Son dövrlərdə Cənubi Qafqazda baş verən müəyyən ziddiyyətli proseslər, həyata keçirilən birmənalı olmayan siyasət onu deməyə əsas verir ki, bu gün Azərbaycan və Gürcüstan arasında müəyyən danışıqlar və bu istiqamətdə müzakirələrin aparılmasında ehtiyac var. İlk olaraq Gürcüstanla Ermənistan arasında bu gün müəyyən gərginliklər yaranıb. Ermənistan yüklərinin Gürcüstan üzərindən Rusiya və əksinə daşınması istiqamətində ciddi problemlər var. Eyni zamanda, Gürcüstan Cənubi Qafqazda tranzit yükdaşımaların əsas açarlarından biri kimi çox böyük əhəmiyyət daşıyan ölkədir”.


Politoloq qeyd edib ki, Azərbaycanın da Gürcüstan ərazisindən Avropaya qədər uzanan çox böyük layihələri var:


“Burada neft-qaz daşımaları, elektrik enerjisinin ötürülməsi istiqamətində müəyyən layihələr var. Bu layihələrin də irəli aparılması və inkişaf etdirilməsi istiqamətində çox böyük addımlar atılmalıdır. Azərbaycan və Gürcüstan arasında idxal, ixrac əməliyyatları, yükdaşımalar, iqtisadi əlaqələr, qarşılıqlı sərmayələrin qoyulması, xüsusilə də, siyasi məsələlərlə bağlı proseslər daim inkişaf edir. Azərbaycan Dövləti bu istiqamətdə də yeni layihələrin həyata keçirilməsi, hazırda reallaşdıran layihələrin daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini göstərir. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri və bu səfər çərçivəsində aparılan danışıqlar, müzakirə olunan məsələlər də çox böyük önəm daşıyan hadisələrdəndir. Azərbaycan daim öz qonşuları ilə xüsusilə də, Gürcüstanla səmimi dostluq və qardaşlıq, əməkdaşlıq münasibətləri yaradan ölkə olub. Ümid edirik ki, Gürcüstan da Azərbaycanın bu münasibətlərinə səmimi və doğru-düzgün adekvat cavab verəcəkdir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər