00:00:00
Yazar
Admin User
07.11.2025 17:30 128 2 dəq oxuma
Siyasət

Azərbaycan və Gürcüstan üçün əsas məqsəd

Azərbaycan və Gürcüstan üçün əsas məqsəd

Suverenlik və müstəqilliyin təmin edilməsi Azərbaycanla Gürcüstanın gündəlik mübarizəsi və ən mühüm məqsədidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Gürcüstan parlamentinin sədr müavininin bu sözləri reallığa uyğundur, çünki faktiki olaraq suverenlik qazandıqdan sonra daim diqqətə ehtiyaclıdır:

 

“Suverenlik tək bəyanatdan ibarət deyil. Onun arxasında konkret məzmun dayanmalıdır. Digər tərəfdən işlər dayanmalıdır. Digər tərəfdən, dövlət quruculuğu işi dayanmalıdır, millət quruculuğu işi dayanmalıdır. Siyasi, ictimai, hüquqi institutların yaranması və onların maneəsiz fəaliyyəti həmişə göz önündə olmalıdır. Məsələ burasındadır ki, bəli, kövrək dövlətlər var, çünki onlar müstəqilliklərini bəyan ediblər, amma o məsuliyyətin arxasında duruş gətirə bilmirlər. Çünki birincisi, iqtisadi zəmində suverenliyi qazanmaq lazımdır. Digər tərəfdən, qida təhlükəsizliyini təmin etmək lazımdır, fiziki təhlükəsizliyi təmin etmək lazımdır. Yəni bunlar hamısı bir birinə bağlı məsələlərdir. Çünki dövlət əgər həqiqətən də təşəkkül tapırsa, deməli, xalq o institutları qurmaqla həm də gündəlik ehtiyacları ödəyir. Dövlətin beynəlxalq arenada manevrli hərəkətlərini təmin edir. Biz indi Azərbaycanla Ermənistan arasında görürük ki, nə dərəcədə sülh müqaviləsinə çatmağımız çətinliklərlə üzləşir. Biz real Ermənistanı qurmaq istəyirik. Artıq mifik Ermənistandan xilas olmağın vaxtı çatıb. Əgər Ermənistan, həqiqətən də Azərbaycan kimi Gürcüstan kimi suveren dövlət olsaydı, çoxdan biz o sülh sazişinə imza atmışıq. Yəni Ermənistanın əlindən tutub onu bu işdən çəkindirən qüvvələr var idi. Biz bilirdik ki, bəzi ölkələr Ermənistanı yeni müharibəyə təhrik edirdilər, sürükləyirdilər, ancaq Azərbaycanın gücü onları bu mənfur ideyadan çəkindirdi. Ona görə də Gürcüstan parlamentinin sədr müavini Yuno xanımın dediyi sözlər, fikirlər hamısı aktual fikirlərdir. Çünki müstəqil dövlətlərimiz əlbəttə ki, təşəkkül tapıblar. Müstəqilliyimiz bizim timsalımıza təşəkkürünü tapıb“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər