00:00:00
Yazar
Admin User
16.12.2025 17:42 113 2 dəq oxuma
Siyasət

Azərbaycan və Moldova arasında saziş təsdiqlənib

Azərbaycan və Moldova arasında saziş təsdiqlənib

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş təsdiqlənib. Müvafiq sənəd iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsinə xidmət edir. Sazişə əsasən, tərəflər dövlət sirri və məxfi xarakter daşıyan məlumatların mübadiləsi zamanı onların təhlükəsizliyinin təmin olunması, qorunması və üçüncü tərəflərə ötürülməməsi ilə bağlı öhdəliklər götürürlər. 

 

Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az” a bildirib ki, Azərbaycanın xarici siyasəti çoxistiqamətli və balanslıdır:

 

“Biz bütün ölkələrlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipi üzərində münasibətlər qurmağa çalışırıq. Bu siyasət yalnız konkret regionlarla deyil, bütün dünyanı əhatə edir - MDB məkanı, Türk dünyası, Şərqi Avropa, Qafqaz, Balkanlar, Afrika ölkələri, İslam dünyası və Şərqi Asiya daxil olmaqla. Burada həm iqtisadi maraqlar, həm də tarixi və siyasi bağlılıqlar mövcuddur. Hələ Sovet İttifaqı dövründən bəri formalaşan əlaqələr bu gün daha da genişlənməkdədir. Hazırda Azərbaycan və Moldova arasında məlumat mübadiləsi, iqtisadi əməkdaşlıq, siyasi dialoq və regional təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları getdikcə dərinləşir. Münasibətlər artıq partnyorluq səviyyəsinə çatıb və bu, hər iki ölkənin maraqlarına xidmət edir. Eyni zamanda Azərbaycan, Türkiyə, İsrail və digər ölkələrlə birgə yaratdığı regional əməkdaşlıq arxitekturası çərçivəsində Moldova da bu sistemə inteqrasiya ola bilər. Bu həm terrorizmlə mübarizə, həm kiber təhlükəsizlik, həm də bölgə sabitliyi baxımından əhəmiyyətlidir. Gələcəkdə Azərbaycan və Moldova kəşfiyyat məlumatlarının mübadiləsi, təhlükəsizlik sahəsində koordinasiya və beynəlxalq təşəbbüslərdə birgə çıxışlar vasitəsilə əməkdaşlığı daha da gücləndirə bilər. Nəticə olaraq, Moldova ilə münasibətlər Azərbaycan üçün strateji xarici siyasət istiqamətlərindən biri kimi qalacaq və bu əməkdaşlıq həm ikitərəfli, həm də regional səviyyədə yeni imkanlar yaradacaq”. 

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər