Azərbaycan və Qazaxıstan atom sənayesi sahəsində əməkdaşlığı müzakirə edib
Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Atom Enerjisi üzrə Agentliyinin sədri Almasadam Satkaliyev atom sənayesi sahəsində və nüvə texnologiyalarının dinc məqsədlə istifadəsində ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.Tərəflər atom sənayesi fəaliyyətinin tənzimlənməsi və nəzarəti sahəsində təcrübə mübadiləsi, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi, ekoloji monitorinq və radioaktiv materiallarla davranış məsələlərini müzakirə ediblər.
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki,aparılan danışıqlarda əsas müzakirə mövzularından biri də nəqliyyat infrastrukturunun inkişafı mövzusu olub:
"Qazaxstan - Azərbaycan enerji əməkdaşlığı ikitərəfli münasibətlərin strateji xarakterini təsdiq edir. “Qazaxstan Enerji Həftəsi” çərçivəsində atom enerjisi sahəsində aparılan danışıqlar , qarşıdakı illərdə regionun enerji sistemlərinin gücləndirilməsinə və eyni zamanda region ölkələrinin davamlı inkişaf və sabitliyinin təmin edilməsinə xidmət edir. Qazaxstan rəsmiləri ilə aparılan danışıqlarda strateji layihəyə çevrilən "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinə də xüsusi diqqət yetirilib. Bu layihə regional yaşıl enerji təşəbbüsü sayəsində Azərbaycanla Mərkəzi Asiya ölkələri ilk Trans-Xəzər enerji dəhlizini reallaşdırmış olacaq. Təbii ki , "Yaşıl dəhliz" layihəsinin sənaye istismarına verilməsi yaşıl texnologiyaların təşviqinə , regionun enerji sisteminin inteqrasiyasına və ekoloji təmiz elektrik enerjisinin beynəlxalq enerji bazarlarına davamlı ixracına stimul yaradacaq.
Aparılan danışıqlarda əsas müzakirə mövzularından biri də nəqliyyat infrastrukturunun inkişafı mövzusu olub.Belə ki, 2022-ci ilin fevral ayından sonra Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan neftinin əsas ixrac arteriyasına çevrilib və hazırda BTC kəməri Qazaxstan və Türkmənistan
üçün strateji əhəmiyyət kəsb edir. Beləliklə , Azərbaycanın neft-qaz təsisatları , nəqliyyat və enerji infrastrukturları hazırki dövürdə iqtisadi inkişaf və geosiyasi təsir alətinə çevirib".
Xədicə Məhərrəmli
