00:00:00
Yazar
Admin User
26.08.2025 15:24 121 1 dəq oxuma
Siyasət

Azərbaycan və Suriya mədəni əməkdaşlığa razılaşıblar

Azərbaycan və Suriya mədəni əməkdaşlığa razılaşıblar

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının mədəniyyət naziri Məhəmməd Yasin Salehlə görüşüb.

 

"İnformator.az" xəbər verir ki , bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat verilib.

 

Səfirliyin paylaşımında bildirilir ki, iki dost ölkə olan Azərbaycan və Suriya arasında mədəni əlaqələrin canlandırılması, 12 illik boşluğun doldurulması baxımından zəruri məsələdir:

 

"Suriya Ərəb Respublikasının mədəniyyət naziri Məhəmməd Yasin Salehlə dost xalqlarımız arasında məsafəni yaxınlaşdıracaq layihələrin və konstruktiv fikirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün Mədəniyyət Nazirlikləri arasında birbaşa təmasın qurulmasına dair razılığa gəldik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər