Azərbaycan XİN Portuqaliyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində baş verən qəzada ölənlərlə bağlı başsağlığı verib.
"İnformator.az" xəbər verir ki, bu barədə XİN X-də paylaşım edib:
“Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".