00:00:00
Yazar
Admin User
01.08.2025 18:54 100 1 dəq oxuma
Dünya

Azərbaycana böhtan atanlar siz deyildinizmi?

Azərbaycana böhtan atanlar siz deyildinizmi?

Bugün Türkiyənin Fələstin məsələsinə sarsılmaz dəstəyini şübhə altına almağa çalışanlar, vaxtilə Azərbaycana böhtan atanlardır.


"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Gənclər Fondunun İstanbulda keçirilən tədbirində çıxış edərkən səsləndirib.


"Bəziləri bizim Fələstin məsələsinə sarsılmaz dəstəyimizi şübhə altına almağa çalışır. Dünən öz torpağını müdafiə edən Qəzza camaatını terrorçu adlandıran siz deyildinizmi? 14 il Suriyada harada idiniz? Bir milyon insan qətlə yetirilərkən, suriyalı bacı-qardaşlarımıza zülm və işgəncə verilərkən siz harada idiniz? Qarabağ ölkəmizin dəstəyi ilə azad olmaq üçün mübarizə apararkən işğalçıların arqumentləri ilə Azərbaycana böhtan atanlar siz deyildinizmi? İnciməyin, amma heç kimi aldada bilməzsiniz", - deyə R.T.Ərdoğan bəyan edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər