00:00:00
Yazar
Admin User
29.09.2025 16:07 110 1 dəq oxuma
Dünya

Azərbaycanda yeniyəm, amma özümü artıq evdəki kimi hiss edirəm

Azərbaycanda yeniyəm, amma özümü artıq evdəki kimi hiss edirəm

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq arzusunda olduğunu bildirib.


"İnformator.az”ın xəbərinə görə, bu barədə Karlon Amerika universitetlərinin azərbaycanlı məzunları üçün keçirilən illik qala tədbirində bildirib.


"Mən Azərbaycanda yeniyəm, lakin artıq özümü evdəki kimi hiss edirəm. Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi həqiqətən əvəzolunmazdır. Bu gözəl ölkəni, onun regionlarını, tarixini və adət-ənənələrini daha yaxından tanımağı səbirsizliklə gözləyirəm", - Karlon qeyd edib.


O bildirib ki, məzunların qala gecəsinin təşkili ona Bakı ilə Vaşinqton arasında əlaqələri möhkəmləndirən insanları daha yaxından tanımağa imkan verib.


"Amerika universitetlərinin azərbaycanlı məzunları iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə kömək edir. Əminəm ki, siz ABŞ-də təhsil aldığınız müddətdə ölkənizin zəngin mədəniyyətindən danışmısınız", - diplomat əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər