Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci yerə çıxıb
Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını başa vurublar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, son illərdə ölkəmizdə basketbol nəzərəçarpacaq dərəcədə inkişaf edib:
“Bir neçə ildir ki, ölkədə basketbolun inkişafı istiqamətində həm böyüklərdən ibarət əsas komandalar, həm də yeniyetmə və gənclərdən ibarət qadın və kişi komandaları üzrə ardıcıl addımlar atılır. Bir neçə liqa yaradıb, qızların müəyyən yaş qrupları üzrə liqalar, tələbə liqaları, o cümlədən, əsas liqalarda artıq iki liqaya bölünməyə başlayır. Yəni bir çox addımlar atılıb və ona görə də, mən düşünürəm ki, belə kiçik də olsa, beynəlxalq turnirlərdə qazanılan medallar, nəticələr təsadüfi deyil, görülən işin nəticəsidir. Ona görə də, hesab edirəm ki, bu nəticələr davamlı olacaq və ölkədəki basketbolun inkişafına daha çox müsbət təsir göstərəcək və ümumilikdə ölkə idmanının imicinə müsbət təsir edəcək “.
Reyhan Quliyeva
