Azərbaycanın Bəhreyn Krallığında Səfirliyi təsis ediləcək
Azərbaycanın Bəhreyn Krallığında Səfirliyi təsis ediləcək.Bu barədə məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə daxil edilib. İclasda "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.
Bu məsələ ilə bağlı politoloq Tural İrfan"İnformator.az"a açıqlamasında bildirib ki,Azərbaycana artan maraq hazırki sülh prosesinin müşaiyəti ilə daha güclənməkdədir:
"Azərbaycanın ərəb ölkələrində səfirliklərinin olması böyük önəm kəsb edir. Ölkəmizin xarici əlaqələrinin inkişafı sahəsində əhəmiyyətli dərəcədə rol oynayır. Xüsusən Qarabağ zəfərindən sonra Azərbaycana artan maraq hazırki sülh prosesinin müşaiyəti ilə daha güclənməkdədir. Həmçinin ərəb krallıqlarından olan Bəhreyndə səfirliyimizin açılmasına qərar verilməsi xarici əlaqələrimizin sürətlə inkişafını göstərir. Bəhreyndə səfirliyimizin olması ərəb - müsəlman dünyası ilə əlaqələrin genişlənməsinə səbəb olacaq. İqtisadi, ticari, siyasi yöndə qarşılıqlı rəsmi əlaqələrin olması hər iki ölkə üçün zəruridir.
Azərbaycan xarici əlaqələrini genişləndirmək əzmindədir və eyni zamanda ölkəmizə artan maraq və diqqətin nəticəsi olaraq yeni diplomatik münasibətlərini inkişaf etdirir. Bəhreyn ərəb dünyasında diqqət mərkəzində olan krallıqlardandır. Ölkəmizin Bəhreyndə səfirlik açması ərəb ölkələri ilə ortaq iqdisadi, ticari əlaqələrin daha geniş masştlabda inkişafına vəsilə olacaq".
Xədicə Məhərrəmli