Azərbaycanın nefti ucuzlaşıb
Son dövrlərdə neftin qiymətinin ucuzlaşmasının bir neçə əsas səbəbi var.
Məsələ ilə bağlı iqtisadiyyatçı Akif Nəsirli "informator.az"-a açıqlamasında bildirib ki,
OPEC+ ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və Rusiya, neft istehsalını artırmağa davam edirlər:
"Bu ilin əvvəlində istehsal kəsintilərini tədricən azaldaraq, gündəlik 1.65 milyon barel əlavə istehsal etməyə başladılar. Bu artım, bazarda təklifin tələbi üstələməsinə səbəb olub və qiymətləri aşağı salıb.Qlobal iqtisadi artımın yavaşlaması, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, neftə olan tələbin azalmasına səbəb olub. Çin, Hindistan və Braziliya kimi ölkələrdə istehlak gözləntiləri aşağı düşüb.ABŞ-nin Hindistana tətbiq etdiyi 50% tariflər, Hindistanın Rusiya neftinə olan tələbatını artırıb. Bu, Rusiya üçün əlavə gəlir mənbəyi yaradıb və bazarda qiymətlərin aşağı düşməsinə təsir edib".
Həmçinin ekspetin sözlərinə görə,ABŞ-də neft istehsalı bu ilin əvvəlində rekord səviyyəyə çatıb:
"Lakin, qiymətlərin aşağı düşməsi ilə yanaşı, istehsalın azalacağı gözlənilir. İranın Ormuz (Hörmüz) boğazını bağlama təhdidi, bazarda müvəqqəti qiymət artımlarına səbəb olsa da, sonradan vəziyyətin sabitləşməsi ilə qiymətlər yenidən aşağı düşüb.Ümumilikdə, təklifin artması və tələbin zəifləməsi neftin qiymətlərinin ucuzlaşmasına səbəb olub".
Gülcan Salahova