Azərbaycanın U-15 millisi Monteneqro ilə iki yoxlama oyunu keçirəcək
Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
"İnformator.az" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, matçlar yığmanın Bakıdakı hazırlıq prosesi ərəfəsində baş tutacaq.
Qarşılaşmaların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili nəzərdə tutulur. Hər iki oyun saat 16:00-da start götürəcək.