00:00:00
Yazar
Admin User
22.08.2025 10:08 91 1 dəq oxuma
Dünya

Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub

Gürcüstanın daxili işlər naziri Geka (Gela) Geladze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.


Tərəflər iki ölkə arasındakı mövcud strateji tərəfdaşlığı müzakirə ediblər. Söhbət zamanı Cənubi Qafqaz bölgəsində cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə də toxunulub, regionun dayanıqlı inkişafı üçün sülh və əməkdaşlığın vacibliyi vurğulanıb.

 

Görüşdə Gürcüstan və Azərbaycanın hüquq- mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlıq da müzakirə olunub. DİN başçısı mövcud nümunəvi tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvarlıq ifadə edərək bu prosesdə polis attaşelərinin xüsusi rolunu vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər