00:00:00
Yazar
Admin User
25.12.2025 16:57 78 2 dəq oxuma
Siyasət

“Azərbaycanla qaçqın və məcburi köçkünlər üzrə əməkdaşlıq real nəticələr verib”

“Azərbaycanla qaçqın və məcburi köçkünlər üzrə əməkdaşlıq real nəticələr verib”

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qaçqınlar və məcburi köçkünlərlə bağlı humanitar və inkişaf layihələrinin icrasında mühüm nəticələr əldə olunduğunu bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, təbii ki, Azərbaycanın BMT ilə əməkdaşlığı böyük önəm daşıyır:

 

“O cümlədən də, BMT ilə qaçqınlar və köçkünlər problemi üzərindən müəyyən layihələrin icra olunması Azərbaycan üçün, həm də BMT-nin özü üçün önəmli prosesdir. Ancaq nəzərə almaq lazımdır ki, BMT vaxtilə Azərbaycana qaçqınlar və məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi ilə bağlı humanitar yardımlar edib. Ancaq indiki şəraitdə Azərbaycan BMT-nin yardımlarına ehtiyac duymur. Ona görə də, məcburi köçkünlərin və qaçqınların öz dədə-baba yurdlarına qayıtmasında hazırda BMT-nin elə ciddi bir rolu yoxdur. Çünki böyük qayıdış prosesini məhz Azərbaycan dövləti proqramlaşdırılaraq həyata keçirir.  Azərbaycan bu proqramı öz dövlət büdcəsi hesabına reallaşdırır və kənar hər hansı bir yardıma, dəstəyə də, ehtiyac duyulmur. Bununla belə, Azərbaycanın BMT ilə bu sahədə əməkdaşlığı istənilən halda, böyük qayıdış prosesinin beynəlxalq məkanda daha genişmiqyaslı təbliğinə və bu prosesin nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasına pozitiv anlamda təsir göstərir və təbii ki, rəsmi Bakı bu platformadan Böyük Qayıdış proqramının beynəlxalq məkanda təbliğ olunmasında istifadə edib. Hesab etmək olar ki, qarşılıqlı münasibətlərin indiki səviyyəsi, eyni zamanda Azərbaycanın atdığı addımlar, göstərdiyi fəaliyyətlər beynəlxalq məkanda, qlobal məkanda artıq təbliğ olunmalıdır və diqqətə çatdırılmaqdadır “.

 


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər