00:00:00
Yazar
Admin User
04.09.2025 12:06 93 3 dəq oxuma
Siyasət

Azərbaycanla strateji tərəfdaşlığı gücləndirəcəyik

Azərbaycanla strateji tərəfdaşlığı gücləndirəcəyik

Ukrayna səfiri bildirib ki, Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirəcəyik.


Mövzu ilə bağlı politoloq Fuad Abbasov bildirib ki, əlbəttə ki, müharibə dövründə ilk başda ağıla gələn hərbi sahədə əməkdaşlıq ola bilər:

 

“Çünki Azərbaycan həm öz hərbi sənayesini inkişaf etdirir, həm də, digər ölkələrdən hərbi silah, sursat idxalatı ilə məşğuldur. Və nəzərə alsaq ki, Azərbaycan daha çox NATO standartlarına uyğun olaraq Türkiyədən gətirilmiş texnologiyalarının öz hərbi sənayesini inkişaf etdirir. Bu, Ukraynaya çox xeyirli ola bilər və Rusiya ilə müharibə dövründə Rusiya silahlarına qarşı NATO silahlarına qarşı qoymaq üçün Azərbaycanın istehsal etdiyi silahların sursatların, hərbi ləvazimatların Ukraynanın strateji hədəflərinə cavab verəcəyini düşünürəm. Ondan başqa çox sayda sahələrdə yeni, iki müstəqil dövlət olaraq çox sahədə tərəfdaşlıq mümkündür. Əlbəttə ki, ilk başda iqtisadi tərəfdaşlığı nəzərə alsaq, burada logistika və nəqliyyat, enerji daşıyıcılarının Avropaya ötürülməsi ağla gəlir. Çünki əgər Zəngəzur koridoru açılarsa, orta dəhliz işə düşərsə, Çin malları Orta Asiyadan gələn mallar, Qazaxıstanın Qırğızıstanın malları, Türkmənistan təbii zənginlikləri. Bütün bunlar hamısı Azərbaycan üzərindən keçərək Türkiyədən keçərək Ukrayna üzərindən keçərək dünya bazarlarına, Avropa bazarlarına çatdırıla bilər və bu da Azərbaycan və Ukrayna arasında stratejik tərəfdarlıq üçün konkret sahələrdən biridir. Bu təşəbbüslərin sırasında birinci növbədə əlbəttə ki, logistika, enerji daşıyıcılarının Avropaya nəqli Ukraynanın ərazisini Rusiya indiyə qədər öz məqsədi üçün istifadə edirdi. Öz təbii qazını ixrac etmək üçün, amma dönəmin tələbləri bu nəqliyyat vasitələrinin diversifikasiya edilməsidir. Yəni, müxtəlif növlərdən istifadə edərək, müxtəlif nəqliyyat xətlərindən istifadə etməyi nəzərdə tutur".

 

Fuad Abbasov həmçinin bildirib ki, onun üçün Rusiyadan gələn təhlükələri nəzərə alaraq, Ukrayna Azərbaycandan gələn enerji daşıyıcılarını öz ərazisindən keçirərək Avropa dövlətlərini hətta öz ehtiyacları üçün də istifadə edə bilər:

 

"Mən bunu başlıca əməkdaşlıq təşəbbüsü kimi görürəm. Ondan sonra dediyim kimi, müxtəlif sahələrdə başda hərbi texnologiyalar olmaqla müxtəlif sahələrdə əməkdaşlıq aparıla bilər. Əgər Baltik dövlətlərini nəzərə almasaq, Litva, Estoniya və Litva, Latviya, Estoniyanı nəzərə almasaq, Azərbaycan və Ukrayna postsovet dövründə Rusiyanın təsiri altından çıxmış və Rusiyaya necə deyərlər, meydan oxuyan iki dövlətdir. Biri hərbi sahədə, biri siyasi sahədə. Əlbəttə ki, Azərbaycanın da hərbi sahə ilə Rusiya ilə üzləşmə təhlükəsi mövcuddur. Ümid edəcəyik ki, belə bir şey olmayacaq. Amma Ukrayna hərbi sahədə Rusiyaya sinə gəlib öz gücünü qüvvətini göstərməkdədir. İstər Avropa dövlətlərinin gücü ilə yardımı ilə, istər öz vətəndaşlarının qəhrəmanlığı ilə, eləcə də Azərbaycan kimi Ukraynada Rusiyaya ilk müqavimət göstərən dövlətlərdən biri olubdur. Müstəqillik dönəmində Rusiyaya qarşı ilk dəfə qarşı çıxan dövlətlərdən biri olubdur. Rusiyanın ərazisi necə ki, Ukraynada qərb sərhədlərini qoruyursa. Azərbaycan da ərazisi Rusiyanın cənub sərhədlərini qoruyur deyə bir düşüncə var. Onun üçün Rusiya nə Azərbaycanı, nə də Ukraynanı əldən çıxarmaq istəmir. Bu da Ukrayna ilə Azərbaycanı Rusiya baxımından birləşdirən bir mövqedir”.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər