00:00:00
Yazar
Admin User
06.10.2025 09:27 104 1 dəq oxuma
Dünya

Azərbaycanlı məhbuslar etiraz aksiyası keçirib

Azərbaycanlı məhbuslar etiraz aksiyası keçirib

Tehranın Evin həbsxanasının 7-ci bölməsində saxlanılan 8 azərbaycanlı siyasi məhbus 6 ərəb siyasi fəalın edam edilməsinə etiraz olaraq aksiya keçiriblər.


“İnformator.az” xəbər verir ki, bununla bağlı insan haqları fəalları məlumat yayıb.


Məlumata görə, 4 saat davam edən etiraz aksiyası həbsxana nəzarətçilərinin müdaxiləsindən sonra başa çatıb.


Qeyd edək ki, İran Məhkəmə Sisteminə bağlı "Mizan" saytının məlumatına görə, oktyabrın 4-də Xuzistan əyalətində 6 ərəb siyasi məhbus edam edilib. “Separatçılıq” və “İsraillə əməkdaşlıq”da günahlandırılan fəalların harada dəfn olunduğu barədə ailələrinə məlumat verlməyib, ailələrinin yas mərasimi keçirmələrinin qarşısı alınıb.


İran ərəblərinin “Karun” insan haqları təşkilatı yaydığı bəyanatda edam edilən məhbuslara işgəncə verildiyini və barələrində irəli sürülən ittihamların saxta olduğunu bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər