Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını qorxutmamalıdır
İlham Əliyev bildirib ki, Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Əmrəliyev bildirib ki, indiki Qərbi Azərbaycan əraziləri, hansı ki, Ermənistanın tərkibindədir, vaxtilə tarixdə buraxılmış səhvlərə görə bu ərazilər Azərbaycan xalqının qədim ata baba torpaqları olub:
“Yəni burada yaşayan insanlar illər uzunu bölgələrdə yaşayıblar, yaradıblar, müəyyən işlər həyata keçiriblər. Bu torpaqlar onlara məxsusdur. İndi tarixdə nə səhvlər buraxılıb. Bu həmin insanların günahı deyil. Yəni bu insanlar buradan köçürülməməli idi həmin ərazilərdən. Sadəcə olaraq belə deyim ki, keçən əsrin 80-ci illərin əvvəllərindən artıq biz kütləvi şəkildə azərbaycanlıların öz dədə baba torpaqlarına köçürülməsinin şahidi olduq. Buradakı əsas məqsəd də əslində bir növ, yəni Qarabağda başlanan prosesin əsas məqsəd də bir növ Ermənistandan azərbaycanlıları, türklərin götürülməsi idi. Hansı ki, Ermənistanda mitinqlər keçirilirdi, türksüz Ermənistan şüarları tez tez səsləndirilirdi. Buradakı əsas məsələ də məhz bu idi. Ancaq hal hazırda hansı ki, sülh prosesi başlayıb və artıq Qarabağ problemi həll olunub. Düşünürəm ki, həmin insanların da öz dədə baba torpaqlarına qayıtması üçün zəmin hazırlanmalıdır və konkret şəkildə o insanların haqqı var ki, öz torpaqlarına qayıdaraq mülkiyyətinə sahiblik etsinlər. Çünki onların, yəni məsələn, bəziləri orta yaş dövründədir, bəziləri artıq yaşlanıblar, həmin insanları torpağa bağlılıqları var. Biz Qərbi Azərbaycandan olan soydaşlarımızla danışanda da hiss edirik ki, insanlar öz torpaqlarına qayıtmaq istəyirlər. Çoxunun valideynlərinin dədə babasının qəbri, həmin torpaqlarda da bir tarixilik var. Yenidən adət ənənələrimizi orada yaşatmaq istəyirlər. Bütün bunlar düşünürəm ki, bərpa olunmalıdır və cənab Prezidentin də qeyd etdiyi kimi, bu məsələlər Ermənistanı qorxutmamalıdır. Yəni Azərbaycanın heç kimə qarşı ərazi iddiaları yoxdur. Sadəcə olaraq, Azərbaycan xalqının hüquqları bərpa edilməlidir və bütün ölkələr də bu məsələdə, yəni Azərbaycan xalqının hüquqlarını heç kəs poza bilməz“.
Reyhan Quliyeva
