Azyaşlı oğlan tapdığı qızılları polisə təhvil verib
Batmanda yaşayan 15 yaşlı Ömər Çoban zibilin yanından tapdığı qızılları polisə təhvil verərək nümunəvi davranış nümayiş etdirib.
Heyvandarlıqla məşğul olan əmisinin qatığını sataraq ailəsini dolandıran Ömər Çoban evə gedərkən yol kənarında qızılla dolu çantanın diqqətini çəkib.
Çoban, içində təxminən 1,6 milyon lirə qızıl olan çantanı dərhal polisə təhvil verib və bu həssas əməli ilə şəhərdə tərif qazanıb.
Məhəllə sakinləri Öməri gənc yaşına baxmayaraq dürüstlüyünə görə təbrik edərək, onun nümunəvi davranışının hər kəsə dərs olduğunu bildiriblər.
TRT XƏBƏR
Nərgiz Əzizli