BƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti İran tərəfindən ölkə ərazisindəki mülki infrastruktura edilən hücumlara sərt reaksiya verib.
"İnformator.az" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında məlumat verilib.
Bildirilib ki, BƏƏ hücumları qətiyyətlə qınayaraq, bu hərəkətlərə cavab vermək üçün qanuni hüquqlarını özlərində saxladıqlarını bəyan edib.
Bundan əlavə, mülki şəxslərin və obyektlərin hədəf alınmasının tamamilə yolverilməz olduğu vurğulanıb və bu cür hücumların dərhal dayandırılmasının vacibliyi qeyd edilib.
BƏƏ bu hücumlara görə İranı tam məsuliyyət daşıyan tərəf kimi göstərib.