00:00:00
Yazar
Admin User
05.09.2025 14:26 92 1 dəq oxuma
Siyasət

“Bölgədəki qarşıdurmanı yalnız HƏMAS-ın üzərinə yıxmaq düzgün deyil“

“Bölgədəki qarşıdurmanı yalnız HƏMAS-ın üzərinə yıxmaq düzgün deyil“

Yaxın Şərqdə vəziyyət yenidən gərgin olaraq qalır. Qəzzə zolağında aylarla davam edən müharibə bölgədə humanitar böhranı daha da dərinləşdirib. Beynəlxalq ictimaiyyət atəşkəs çağırışları etsə də, münaqişənin yaxın vaxtlarda başa çatacağı hələ də sual altındadır.Qəzzədə davam edən müharibənin kökləri yalnız son hadisələrlə məhdudlaşmır.

 

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirir ki,Politoloq Əhəd Məmmədlinin fikrincə, bölgədəki qarşıdurmanı yalnız HƏMAS-ın üzərinə yıxmaq düzgün deyil:


“HƏMAS sadəcə hərbi təşkilat yox, həm də fələstinlilərin seçdiyi siyasi gücdür. Bu, müqavimət hərəkatıdır və əsasən fələstinli müsəlmanların özünümüdafiə qüvvəsi kimi formalaşıb. Onların mübarizəsi işğala qarşıdır. Amma məsələni yalnız HƏMAS-a bağlamaq doğru deyil. Müharibəni onların üzərinə atmaq ədalətsizlikdir. Münaqişənin başlanğıcını 7 oktyabr 2023-cü ildən saymaq düzgün olmaz. Problemin kökləri 1947-ci ilə gedib çıxır. Həmin vaxt BMT iki dövlətin yaradılmasını qərara almışdı, amma fələstinlilər üçün ayrıca dövlət qurulmayıb. HƏMAS və digər müqavimət hərəkatları isə məhz bu tarixi ədalətsizliyə reaksiya olaraq meydana gəlib. Ona görə də bu münaqişəni yalnız indiki dövrlə izah etmək mümkün deyil. Fələstinlilər uzun illərdir Qəzzə zolağında müharibə şəraitində yaşayır. İsrail hər dəfə müxtəlif bəhanələrlə bölgəni bombalayıb. Yəni, bu gərginlik 2023-cü ildən yox, ondan çox əvvəlki illərdən bəri mövcuddur”.

 

Ayşə Müzəffərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər