Böyük Britaniya Danimarka modelinə keçir
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmood gələn həftə ölkənin miqrasiya siyasətini sərtləşdirən geniş islahat paketi açıqlayacaq. Planlar Danimarka modelinə əsaslanır və məqsəd həm miqrant axınını azaltmaq, həm də ölkəyə qanunsuz daxil olanların deportasiyasını asanlaşdırmaqdır.
Mahmoodun hazırladığı dəyişikliklər çərçivəsində hakimlərə göstəriş veriləcək ki, qərar verərkən ictimai təhlükəsizliyi miqrantların “ailə həyatı” və ya geri qaytarılarkən “insani olmayan rəftara məruz qalma riski” kimi hüquqlarından üstün tutun. Bu dəyişikliklər insan hüquqları qanunvericiliyinə düzəliş tələb edəcək.
Daxili İşlər Nazirliyi bu islahatları “müasir dövrdə qeyri-qanuni miqrasiyaya qarşı ən sərt tədbirlər” kimi təsvir edir.
Nazirlik bildirib ki, Leyboristlər hakimiyyətə gələndən bəri 48,560 nəfər ölkədən çıxarılıb. Bu, əvvəlki dövrlə müqayisədə 23% artım deməkdir. Mahmood deyib ki, “yüzminlərlə funt vergiyə qənaət edilib və xarici cinayətkarların deportasiyası sürətlənib”.
The Guardian
Eslanda Kulieva