Böyük Britaniya İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Böyük Britaniya İsrailin Fələstin ərazilərini işğalını genişləndirəcək “E1 Layihəsi”ni təsdiqləmə qərarı səbəbiylə İsrailin Londondakı səfiri Tzipi Hotoveli Xarici İşlər Nazirliyinə çağırıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi, "Tzipi Hotovely, İsrail Yüksək Planlaşdırma Komitəsinin Qüdsün şərqindəki E1 bölgəsində məskunlaşma planlarını təsdiqləmə qərarına cavab olaraq çağırılıb" ifadəsini işlədib.
Bəyanatda Böyük Britaniya və 21 beynəlxalq tərəfdaşın bu qərarı ən sərt şəkildə pislədiyi qeyd edilib. “Əgər həyata keçirilsə, bu nizamlanma planları beynəlxalq hüququn açıq şəkildə pozulması olacaq və gələcək Fələstin dövlətini ikiyə bölməklə iki dövlətli həlli ciddi şəkildə sarsıdacaq”.
Tarixən Şərqi Qüdsün bir hissəsi olan, lakin Ayrılıq Divarının (Utanc Divarı) İordan çayının qərb sahilində yerləşən Fələstin məhəlləsi Azəriyə yaxınlığında salınan “Maale Adumim” qəsəbəsini Qərbi Qüdsə aparan yola birləşdirmək üçün “E1 Layihəsi” başladılıb. Bu layihə çərçivəsində, ərazidə 4000-dən çox qeyri-qanuni yaşayış evi və otel tikmək üçün 12 min dekar Fələstin ərazisi ələ keçirilib.“E1 Layihəsi” Şərqi Qüdsü İordan çayının qərb sahilindəki Fələstin ərazilərindən təcrid etmək və əlaqəni kəsmək məqsədi daşıyır.
TRT Haber
Xədicə Məhərrəmli