00:00:00
Yazar
Admin User
29.09.2025 19:13 230 1 dəq oxuma
Siyasət

Böyük Britaniya NATO üçün “dron divarı” yaradacaq

Böyük Britaniya NATO üçün “dron divarı” yaradacaq

Böyük Britaniya NATO-nun şərq sərhədlərini Rusiyanın hücumundan qorumaq məqsədilə “dron divarı” qurmağı planlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bu təşəbbüs şübhəsiz ki, NATO ilə Avropa İttifaqının birgə təhlükəsizlik əməkdaşlığına xidmət edəcək:

 

""Dron divarı" təkcə Rusiya təhlükəsindən yox, digər potensial təhlükələrdən də qorunmaq üçün nəzərdə tutulub. Burada əsas məqsəd Avropanın Rusiyaya qarşı daha ciddi təziq planlarıdır. Hələlik təhlükəsizlik tədbirləri görülür. Mümkündür ki, növbəti mərhələdə artıq NATO-nun hərbi qüvvəsindən istifadə edilsin. Rusiyaya qarşı qurulan kualisiyanın başında Böyük Britaniya durduğu üçün bu təşəbbüs də ondan gəlib. Rusiya təhlükəsi artdıqca NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik əməkdaşlığı da güclənəcək. Bütün bu tədbirlər hələ ki, real olaraq Rusiyaya qarşı görülür. Müharibənin gedişatı NATO-nun zamanla prosesə müdaxiləsinə gətirib çıxaracaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər