00:00:00
Yazar
Admin User
15.09.2025 16:42 100 1 dəq oxuma
Dünya

Böyük Britaniya və ABŞ nüvə enerjisi üzrə əməkdaşlıq sazişi imzalayacaq

Böyük Britaniya və ABŞ nüvə enerjisi üzrə əməkdaşlıq sazişi imzalayacaq

 

ABŞ Prezidenti Donald Trampın bu həftəki dövlət səfəri zamanı Vaşinqton və London nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalayacaq. Razılaşma yeni stansiyaların maliyyələşdirilməsi və investisiyaların sürətləndirilməsinə yönəlib.

 

Britaniya hökuməti son aylarda nüvə enerjisini genişləndirmək üçün addımlar atıb: “Sizewell C” layihəsinə 14 milyard funt sərmayə ayrılıb, Rolls-Royce-un ilk kiçik modul reaktorlarının (SMR) inşası planlaşdırılır.

 

Saziş çərçivəsində ABŞ-nin X-Energy şirkəti və Britaniyanın Centrica şirkəti Şimali-Şərqi İngiltərədə 12-yə qədər modul reaktor inşa etməyi planlaşdırır. Həmçinin Holtec International, EDF və Tritax 11 milyard funt dəyərində SMR-lərlə işləyəcək data mərkəzlərinin yaradılmasını nəzərdə tutur.

 

Baş nazir Keyr Starmer bu təşəbbüsləri “nüvə enerjisində qızıl dövr” adlandırıb. Yeni razılaşma həm də lisenziya prosesini sadələşdirəcək – bir ölkədə təsdiqlənən reaktor digərində də qəbul ediləcək.

 

Layihələrin minlərlə yeni iş yeri açacağı və enerji təhlükəsizliyinə töhfə verəcəyi bildirilir.

 

Reuters

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər