00:00:00
Yazar
Admin User
11.09.2025 18:28 143 1 dəq oxuma
Dünya

Böyük oğurluq

Böyük oğurluq

Gürcüstanda Norveçdən Qazaxıstana balıq məhsulunun tranziti ilə bağlı irihəcmli oğurluğun üstü açılıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında deyilir.

 

Məlumata əsasən, iş üzrə iki nəfər saxlanılıb. Müəyyən edilib ki, həmin şəxslərin öncədən hazırladıqları sxemə əsasən Norveçdən Qazaxıstana tranzitlə hərəkət edən möhürlənmiş iki TIR-dan Gürcüstan ərazisində 1 144 716 lari (425 min ABŞ dolları) dəyərində balıq yükü boşaldılıb və cinayətkar qruplaşma mənimsənilib.

 

Cinayəti gizlətmək məqsədilə yükün marşrutu üzrə Azərbaycana boş TIR-lar göndərilib. Lakin gömrük sənədlərində maşınlarda balığın daşındığı göstərilib.

 

Faktla bağlı öncədən razılaşma əsasında bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə maddəsi üzrə istintaq davam etdirilir. Bu cinayət əməlinə görə 7 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulub.


İstintaq Xidməti cinayətlə bağlı təqsirləndirilənlərin dairəsinin genişlənəcəyini istisna etməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər