00:00:00
Yazar
Admin User
24.12.2025 18:08 109 2 dəq oxuma
Siyasət

“Böyük Qayıdış” beynəlxalq hüquqa əsaslanan uğurlu modeldir

“Böyük Qayıdış” beynəlxalq hüquqa əsaslanan uğurlu modeldir

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində sakinlərlə görüş zamanı bildirib ki, “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra olunan qayıdış proqramıdır və azad edilmiş ərazilərdə həyat mərhələli şəkildə bərpa olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli qeyd edib ki, hansı siyasi və hüquqi əsaslara istinad etsək, ilk növbədə insan hüquqlarının, xüsusilə də yaşamaq hüququnun təmin olunmasını vurğulamaq olar. Digər mühüm hüquqi standart kimi qayıdış hüququ bu prosesin əsasını təşkil edir. Daha bir vacib prinsip isə müharibənin əsas səbəblərindən olan ərazi bütövlüyünün təmin edilməsi ilə bağlıdır.

 

"Qarabağ müharibəsində əldə edilən qələbənin yaratdığı müsbət dinamika və nəticələr bu prosesin siyasi reallığını formalaşdırır. “Böyük Qayıdış” Proqramı Azərbaycanın postmüharibə siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə qayıdış prosesinin hüquq kimi tanınmasına nümunə sayıla bilər. Bu proqram məhz ona görə uğurludur ki, dünyada hüququn tənəzzül etdiyi bir dövrdə Azərbaycan hüquqa xidmət etdi və ölkəmizin müdafiə etdiyi beynəlxalq hüquq prinsipləri qalib gəldi. Bu yanaşma beynəlxalq ictimaiyyət üçün müsbət presedent yaratdı. Eyni zamanda Azərbaycan güc faktoru ilə yanaşı, hüququn gücünə söykənərək məsələni həll etdi və məhz bu amil böyük qələbəni təmin edən əsas məqamlardan biri oldu. Qarabağa qayıdış prosesində diqqət çəkən mühüm xüsusiyyətlər mövcuddur. Qarabağ bölgəsində qayıdış prosesinin davamlılığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır və burada ardıcıl dövlət iradəsi aydın şəkildə görünür. Proses həm təşkilati, həm maliyyə, həm də mənəvi baxımdan əhalinin qayıtmaq istəyi ilə azad olunmuş torpaqlarda yeni həyat ocaqlarının salınması kimi vacib məqamların üst-üstə düşməsinə əsaslanır. Bu təcrübə dünya miqyasında da istinad edilə biləcək uğurlu model hesab oluna bilər. Azərbaycan dövlət olaraq öz iradəsini, fəaliyyətini və monitorinq yanaşmasını yüksək səviyyədə nümayiş etdirir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər