00:00:00
Yazar
Güllər Gülhüseynova
11.03.2026 09:27 8 1 dəq oxuma
Dünya

BƏƏ sahillərində konteyner gəmisi mərmi dəyməsi nəticəsində zədələnib

BƏƏ sahillərində konteyner gəmisi mərmi dəyməsi nəticəsində zədələnib

Fars körfəzinin BƏƏ sahillərində naməlum konteyner gəmisi hələlik müəyyən edilməmiş mərminin dəyməsi nəticəsində zədələnib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə BƏƏ-dəki Ras Əl-Xaymadan təxminən 25 dəniz mili şimal-qərbdə baş verib.

 

"Hazırda zədələrin dərəcəsi müəyyənləşdirilir, heyət üzvləri təhlükəsizlikdədir, səlahiyyətli qurumlar hadisənin araşdırılmasını davam etdirir", - məlumatda qeyd olunub.

#azərbaycan #konteyner #baki #dəyməsi #mərmi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər