BƏƏ Sudan ilə hava əlaqəsini dayandırıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudan ilə hava əlaqəsinin dayandırılması barədə qərar qəbul edib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.
Bildirilir ki, artıq BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi bu barədə Sudan aviaşirkətlərini məlumalandırıb.
"Sudan və BƏƏ arasında bütün uçuşlar dayandırılıb", - telekanalın mənbələri bildiriblər.