BƏƏ Sudan üzərində vurulan İl-76-nın qeydiyyatının olmadığını açıqlayıb
Əmirlik hökumətinin sözçüsü Sudan üzərində vurulan İl-76 təyyarəsinin BƏƏ- də qeydiyyata alınmadığını bildirib. Bu barədə TASS məlumat yayıb .
Bundan əvvəl Sudanda vurulan İl-76 təyyarəsinin göyərtəsində olan rusiyalının kimliyi məlum olub. Təyyarənin göyərtəsində Rusiya vətəndaşı Anton Selivanets olub; onun yaxınları məlumatı təsdiqləyiblər.
