00:00:00
Yazar
Səadət Əlizadə
13.05.2026 18:40 20 1 dəq oxuma
Sosial

Bəzi kəndlərə dolu düşüb - Faktiki hava

Bəzi kəndlərə dolu düşüb - Faktiki hava

Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

 

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

 

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

#hava #gündəm #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər