Bakan Fidan iranlı həmkarı Arakçi ilə telefonla danışıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Arakçi ilə telefon danışığı aparıb. Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və bu istiqamətdə bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
Abbas Arakçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran mənşəli olmadığını qeyd edərək, məsələ ilə bağlı geniş araşdırma aparılacağını deyib.
TRT Haber
Mələk Hüseynova