Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır
Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranan vəziyyəti daha da qızışdıracaq.
Peskov onu da qeyd edib ki, Moskva Bakını təhdid etmir:
“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və etmir”.
Onun sözlərinə görə, hadisələrin kökündə “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilən cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır.