00:00:00
Yazar
Admin User
13.06.2025 15:37 189 1 dəq oxuma
Sosial

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

 

Bu barədə "İnfirmator.az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən (AYNA) məlumat verir.

 

Bildirilib ki, Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini 13 iyun tarixindən dayandırıb.

 

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər