00:00:00
Yazar
Admin User
16.09.2025 18:26 117 2 dəq oxuma
Dünya

Bakı Olimpiya Stadionu yenə seçilməyib!

Bakı Olimpiya Stadionu yenə seçilməyib!

"Bununla artıq ikinci dəfədir ki, "Metropolitano" stadionu Bakı Olimpiya Stadionu ilə mübarizədə qalib olur. Birinci dəfə səhv etmirəmsə, 2018-ci ildə belə bir hal yaşanıb. 2018 -2019 mövsümü vaxtı Bakı Olimpiya Stadionu həm Çempionlar Liqasının finalına, həm də Avropa Liqasının finalına namizədliyini verib və elə olub ki, Çempionlar Liqası finalda qalib ola bilməyib".

 


Bu sözləri Sportnet.az saytının baş redaktoru Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan Avropa Liqasının finalına ev sahibliyi hüququnu əldə edib:

 

"Bu dəfə isə şərtlər başqa idi. Bakı Olimpiya Stadionuna hazırda bilirsiniz ki, hazır vəziyyətdə deyil. Orda keçən il keçirilən "Cop-29" tədbirindən sonra meydançanın ot örtüyü salınmayıb, qoyulmayıb. Bu da onunla əlaqədardır ki, gələn il Bakıda, həmin Bakı Olimpiya Stadionunda başqa bir böyük tədbir keçiriləcək. Ona görə də onun ot örtüyü hələlik tədbirdən sonra salınacaq. Nəyə görə "Metropolitano" stadionunun qalib olmasına gəldikdə, yəqin ki, iki namizəd idi. Bakı Olimpiya Stadionunda bağlı olması vəziyyətini mən izah elədim. "Metropolitano"da yəqin ki, təcrübəsi daha çox olduğu üçün, o stadion da böyük bir stadiondur və əvvəl də bu cür oyuna ev sahibliyi etdiyi üçün, üstəlik Avropanın mərkəzi olduğu üçün normaldır. Yəni azarkeşlərin gəliş-gedişi üçün də uyğun bir yerdir. Ona görə də həmin stadion qalib kimi seçilib".

 

Müsahibimizin sözlərinə görə, bu məsələnin üstünə ciddi düşməyiblər ki, bu stadion tam qalib seçilməsi üçün müəyyən işlər görsünlər:

 

"Bu istiqamətdə ciddi addım atılsaydı, hər halda nəyəsə nail olmaq olardı. Əlbəttə, Bakıda belə nüfuzlu və daha çox nüfuzlu tədbirlər keçirilir, o cümlədən də idman tədbirləri. İndi şərt odur ki, ölkədə məhz Çempionlar Liqasının finalı olmalıdır. Avropa Liqasının finalı keçirilib. Azərbaycanda elə həmin Bakı Olimpiya Stadionunda Avropa Çempionatının dörd oyunu keçirilib. Bakı Olimpiya Stadionunda belə nüfuzlu tədbirlər çox olur. Yəni ki, Bakıda indiki halda nüfuzlu yarışlar keçirmək baxımından elə bir çətinlik, problem yoxdur. Bütün dünyada, dünya miqyasında Azərbaycan özünü həm də gözəl bir yarış təşkilatçısı kimi təqdim edə bilib və hər il keçirilən "Formula-1" və "Formula-1 üzrə Azərbaycan Qran Pri"ni buna misal göstərmək olar. İndi hər bir yarışın özünün düzəldilmə vaxtı var. Yəqin ki, onun da zamanı yetişər".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər