00:00:00
Yazar
Admin User
28.08.2025 19:04 123 2 dəq oxuma
Siyasət

Bakı və bizi dəvət ediblər, üzv ola bilərik

Bakı və bizi dəvət ediblər, üzv ola bilərik

İrəvan və Bakı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün ərizələr təqdim edib və bu təşkilata üzv olmalıdırlar.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki, Şanxay Əməkdaşlıq təşkilatı 2001-ci ildə yaranıb:

 

"Hazırda 10 ölkəni əhatə edir. Eyni zamanda burada bir neçə səviyyəli statuslar var. Dialoq üzrə tərəfdaş statusu, müşahidəçi statusu və üzvlük statusu var. Azərbaycanda 2015-ci ildə dialoq üzrə tərəfdaş statusu ilə bağlı qərar verilib, 2016-cı ildə isə üzv memorandumu imzalanıb. 2018-ci ildə isə Azərbaycan statusun yüksəldilməsi təklifi ilə çıxış edib. Yəni müşahidəçi statusunun verilməsini istəyib. İndi isə üzvlük məsələsi gündəmdədir. Azərbaycan və Ermənistan üzv olmaq istəyirlər. Şanxay Əməkdaşlıq Təşkilatı mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün sabitliyi və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması məqsədlərini özünə hədəf seçib. Bütün bu istiqamətlər əslində Azərbaycan üçün son dərəcə önəmlidir. Biz bir sıra Avropa Təşkilatlarında varıq. ATƏT-in üzvüyük, Avropa şurasında təmsil olunuruq. Avropa İttifaqının Şərq tərəfdaşı proqramında varıq, amma Şanxay Əməkdaşlıq Təşkilatı isə bu gün Asiyanın ən böyük və ən güclü təşkilatlarından biri hesab olunur və təbii ki, burada türk dövlətlərinin əksəriyyətinin iştirak etməsi olduqca önəmlidir. Eyni zamanda bir çox dövlətlər də var ki, hələ onun üzvü deyillər, amma üzv olmaq istəyirlər. Buraya Qətər, Türkiyə, Nepal, Səudiyyə Ərəbistan, Bəhreyn, BƏƏ və.s daxildir. Bir çox körfəz ölkələri də bu təşkilata üzv olmaq istəyir. Yəni bu təşkilatın perspektivdə Asiyanın ən böyük təşkilatına çevrilmə şansı var. Əlbəttə, bu bizə imkan verir ki, biz bu Asiya ölkələri ilə yaxından əməkdaşlıq edək. Orada da əsas məqsəd qonşuluq və dostluq münasibətlərini inkişaf etdirməkdir. Digər tərəfdən Ermənistan da bura daxil olmaq istəyir. Yəni Ermənistanın da bu təşkilatda olması regionda onun güc balansını əhəmiyyətli dərəcədə dəyişmir. Əksinə ŞƏT-da hər ikimizin olması bizim iqtisadi-siyasi əməkdaşlığımızı dərinləşdirir. ŞƏT-na Azərbaycanın üzv olması beynəlxalq aləmdə də Azərbaycanın mövqeyini gücləndirir. Nəzərə alaq ki, Rusiya və İran da bu təşkilatın üzvüdür. Onlar da Azərbaycana bir çox hallarda təhdid yaradırlar. Mən düşünürəm ki, bütün hallarda ŞƏT-na üzvlük Azərbaycanın mövqelərini gücləndirir, əməkdaşlıq perspektivlərini artırır".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər