00:00:00
Yazar
Ayşən Səlimova
28.03.2026 19:56 27 1 dəq oxuma
Siyasət

Bakı və İrəvan arasında normallaşma gündəmi yenidən müzakirə olunub

Bakı və İrəvan arasında normallaşma gündəmi yenidən müzakirə olunub

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığı olub. Tərəflər normallaşma prosesində müsbət irəliləyişi qeyd edib, regional məsələlər və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, regionun gələcəyi sülhlə bağlıdır:

 

“Bakı-İrəvan münasibətlərində müşahidə olunan müsbət dinamika ümidvericidir. Artıq yalnız Azərbaycan yox, Ermənistan vasitəsilə də sülh üçün səmimi addımların atıldığını görürük. Bu addımların davamlı olması isə regiondakı gərginlik fonunda öz əhəmiyyətini daha da artırır. Nəhayət İrəvanda da anlayıblar ki, regionun gələcəyi sülhlə bağlıdır. Bunun üçün isə atılmalı olan son addımlar qalıb: konstitusiyaya dəyişiklik və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkmək. Bu maneə aradan qaldırıldıqdan qısa müddət sonra sülh müqaviləsinin imzalanması mümkün olacaq. Bakı ilə İrəvan arasında təmaslar şübhəsiz regional kommunikasiyaların açılması baxımından da önəmlidir. Biz bu danısıqların nəticəsi kimi Ermənistana Azərbaycan vasitəsilə göndərilən məhsulları müşahidə etdik”.

 

Aydan Əsgərxanlı

#Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər