00:00:00
Yazar
Admin User
08.08.2025 06:18 98 1 dəq oxuma
Dünya

Bakı və İrəvan arasında sülh sazişi...

Bakı və İrəvan arasında sülh sazişi...

Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib.


Onun sözlərinə görə, ABŞ prezidenti sülhə sadiqdir və sülhün prezidenti olmaqda qərarlıdır:

 

"Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər