00:00:00
Yazar
Admin User
24.09.2025 17:14 91 2 dəq oxuma
Dünya

Bakı və İrəvanın ŞƏT-ə üzvlüyü konsensusdan asılıdır

Bakı və İrəvanın ŞƏT-ə üzvlüyü konsensusdan asılıdır

ŞƏT-in keçmiş baş katibi Rəşid Alimov bildirib ki, Azərbaycan və Ermənistanın təşkilata üzvlük prosesi ləngimir, qəbul qərarı bütün üzv dövlətlərin konsensusu ilə verilir. O vurğulayıb ki, hər müraciət fərdi şəkildə araşdırılır və indiyədək heç bir müraciət rədd edilməyib.

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ŞƏT-ə Azərbaycanın üzvlüyü məsələsi uzun müddətdir gündəmdədir və Azərbaycan bu istiqamətdə müəyyən vəzifələr qarşıya qoyub:

 

“Azərbaycan bu təşkilata üzv olmasa da, təbii ki, ŞƏT-in üzv ölkələrini daha çox maraqlandırır və bu istiqamətdə müəyyən qarşılıqlı müzakirələr aparılır. Azərbaycan ŞƏT-də müşahidəçi qismində bir neçə dəfə təmsil olunub ki, bu da gələcəkdə Azərbaycanın bu təşkilata üzv olmasını daha da reallaşdırır. Əlbəttə ki, Azərbaycanın bu təşkilata üzv olmasını bir çox üzv ölkələr dəstəkləyir və yaxın dövrlərdə bu istiqamətdə müəyyən ciddi addımlar atılacaq. Əlbəttə ki, Azərbaycan Orta Dəhlizin əsas açar rolunu oynayan bir ölkə kimi bu təşkilatda da gələcəkdə müəyyən töhfələr verə bilər və eyni zamanda Ermənistanın da təşkilata üzvlüyü məsələsi gündəmdədir”.

 

Politoloqun sözlərinə görə, “Zəngəzur Dəhlizi” layihəsi reallaşdıqdan sonra hər iki ölkənin təşkilata üzvlük məsələsi daha da aktuallaşacaq:

 

“Çünki Azərbaycan bölgədə nəhəng layihələrin həm müəllifi, həm də icraçısıdır və bu istiqamətdə verə biləcəyi töhfələr də unikaldır və əvəzsizdir. Azərbaycan daim dünyanın diqqət mərkəzində olan bir ölkədir və bir çox beynəlxalq platformalarda öz sözünü deyən, əvəzedilməz tərəfdaş kimi həmişə bir addım öndə olub. Azərbaycanın ŞƏT kimi təşkilatlara üzv olması da həmin təşkilatlara müsbət dividendlər gətirə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər