00:00:00
Yazar
Admin User
07.07.2025 12:42 109 1 dəq oxuma
Dünya

Bakıda diplomatik müşavirədə iqtisadi və iqlim diplomatiyası müzakirə olunub

Bakıda diplomatik müşavirədə iqtisadi və iqlim diplomatiyası müzakirə olunub

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda ikinci panel müzakirəsi keçirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

 

Bildirilib ki, panel müzakirəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev əsas natiq qismində iştirak ediblər.


Panel çərçivəsində ticarət və investisiya perspektivləri, bu sahələrdə əməkdaşlığın 
şaxələndirilməsigeoiqtisadigərginliklərin iqtisadi diplomatiyamıza təsirləri, ölkəmizdən keçən nəqliyyat dəhlizləri üzrə mövcud təşəbbüslərin irəlilədilməsi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan sonrakı fəal iştirakını şərtləndirən amillər və s. mövzular müzakirə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər