Bakıda keçiriləcək Avropa Badminton Yarışlarının təşkili müzakirə edilib
Noyabrın 18-dən 22-dək Bakıda keçiriləcək Avropa Badminton Yarışlarına hazırlıq məqsədilə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov və Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov arasında görüş keçirilib.
Bu barədə "İnformator.az" AFB-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, turnirin yüksək səviyyədə təşkili və digər təşkilati məsələlər müzakirə olunub.