00:00:00
Yazar
Admin User
01.08.2025 20:25 149 2 dəq oxuma
Dünya

Bakıda tarixi görüş: Suriya və İsrail nazirləri Azərbaycan vasitəçiliyi ilə bir araya gəlir

Bakıda tarixi görüş: Suriya və İsrail nazirləri Azərbaycan vasitəçiliyi ilə bir araya gəlir

KİV: Suriya və İsrail nazirləri sabah Bakıda görüşəcək. Sabah Bakıda Suriya və İsrail arasında nazirlər səviyyəsində görüş keçiriləcək. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az" a açıqlamasında bildirib ki, təbiidir ki, İran və Rusiya belə görüşlərin Bakıda keçirilməsinə çox müsbət yanaşmır:

 

"Çünki Azərbaycan belə götürəndə müqayisədə çox kiçik bir dövlətdir, çox kiçik bir mərkəzdir və buna baxmayaraq, Azərbaycan onun paytaxtı Bakı qlobal məsələlərin həllində açar rolunu oynayır. Dünyanın ən mürəkkəb məsələləri Bakıda müzakirə olunur. Halbuki o tərəfdən istər Tehran, istər də Moskva belə məsələlərə ev sahibliyi etmək istərdi. Amma niyə belə olub? Ona görə olub ki, dünyanın həm İrana, həm də Rusiyaya etimadı tükənib. Bunun fonunda Azərbaycana etimad getdikcə yüksəlir. Ona görə də Suriyalı və İsrailli nazirlər görüş yeri kimi Bakını seçiblər və Bakını seçmək təşəbbüs deyil, bu, Azərbaycan tərəfinin təşəbbüsüdür. Yəni, Azərbaycan dəvət etməsə, bir müzakirə müstəvisi təqdim etməsə, heç kəs yerindən durub gəlib burada görüş keçirməz, müzakirə aparmaz. Demək istədiyim odur ki, Azərbaycan özünü bu cür məsələlərdə etibarlı bir tərəf kimi təqdim etməyi bacarır. İllərdir biz bunu edirik və ona görə də Suriya, İsrail müzakirələri məhz Bakıda keçirilir".

 

O həmçinin açıqlamasında bildirib ki, Azərbaycan ev sahibliyi edir:

 

"Amma bu sadəcə olaraq ev sahibliyi deyil. Azərbaycan bunun təşəbbüskarı və vasitəçisidir. Yəni Azərbaycan dövləti təşəbbüs etmədikcə vasitəçiliyini təklif etmədikcə nə Suriya, nə də İsrail durub özlərindən qərar verib də Bakıya gəlməzdilər. Yəni Azərbaycan vasitəçidir, təşəbbüskardır və bu təşəbbüskarlığı və vasitəçiliyi həm Suriya, həm də İsrail dövləti həvəslə qəbul edir. Niyə qəbul edir? Ona görə ki, hər iki dövlətin Azərbaycan dövlətinə, onun rəhbərinə etimadı tamdır. Əmindirlər ki, Azərbaycanın vasitəçiliyi mütləq faydalı və uğurlu olacaq. Üstəlik də, Bakının Azərbaycanın təhlükəsizlik məsələləri baxımından dünyanın ən önündə getməsi də bu qərarın verilməsinə öz təsirini göstərir. Yəni bütün dünyada artıq belə qəbul edilir ki, Azərbaycan Respublikası, onun paytaxtı Bakı çox təhlükəsiz bir yerdir. Burada hər kəs gəlib rahat-rahat bu cür görüşlər, müzakirələr keçirə bilər". 

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər